Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış edib
Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.
"Report" xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.
II Lui stadionunda keçirilən çempionatda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. İ.Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.
Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub. Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır













