Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Far.Az xəbər saytı

Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb


Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngindən atəş açıb.

Səkdirmə güllələri üçü uşaq olmaqla, beş nəfəri yaralayıb. Polis və təcili yardım işçiləri dərhal hadisə yerinə gəlib və bütün yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş hesab edib.

Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və araşdırma başlayıb. İlanın taleyi məlum deyil.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər