Türkiyə ilə birgə PUA istehsalı: Süni intellektlə gücləndirilən "SİVRİSİNEK" nə bacarır?
Far.Az xəbər saytı

Türkiyə ilə birgə PUA istehsalı: Süni intellektlə gücləndirilən "SİVRİSİNEK" nə bacarır?


Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında müasir müharibələrdə pilotsuz sistemlərin artan rolu və Türkiyənin təqdim etdiyi "SİVRİSİNEK" ağıllı sursat sistemi barədə məlumat verilib.

Bildirilib ki, sistem uzun müddət havada qalaraq hədəfi izləyə, uyğun anı gözləyə və birbaşa zərbə endirə bilir. Təxminən 900-1 000 kilometr mənzilə və 8-9 saatdan artıq uçuş müddətinə malik olan platforma süni intellekt əsaslı hədəf tanıma və müasir yönləndirmə sistemləri ilə təchiz olunub.

Qeyd olunub ki, layihənin əsas diqqətçəkən tərəfi Azərbaycanın istehsal prosesində mümkün iştirakıdır. "Baykar"ın açıqlamasına əsasən, "SİVRİSİNEK" də daxil olmaqla yeni nəsil pilotsuz sistemlərin Azərbaycan zavodlarında istehsalı nəzərdə tutulur ki, bu da müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Sonda vurğulanıb ki, bu cür platformalar gələcək müharibələrin əsas elementlərindən biri hesab olunur. Süni intellektlə dəstəklənən, uzaq məsafələrdə fəaliyyət göstərə bilən və kütləvi istehsal olunan sistemlər müasir orduların döyüş imkanlarını formalaşdıran əsas amillərə çevrilir.

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər