Sabah 28° isti olacaq
İyunun 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərinin havası açıqlanıb
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərinin hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Bakı Bulvarında yeni festival başlayır













