Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 tona yaxın yük göndərilib - YENİLƏNİB
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
"Report" xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 138 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95" benzini ixrac olunub.
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.
"Report" xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 557 ton tranzit yük göndərilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













