Ətin qiyməti bu qədər ucuzlaşa bilər - VACİB AÇIQLAMA
"Ətin qiymətinin bayramdan sonra ucuzlaşıb-ucuzlaşmayacağı əsasən tələbat amili ilə deyil, məhsulun maya dəyəri və bazardakı təklif həcmi ilə bağlıdır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, adətən bayram ərəfəsində formalaşan qiymətlər sonrakı dövrdə də müəyyən müddət sabit qalır və yalnız bazara əlavə həcmdə məhsul daxil olduqda qiymətlərdə nəzərəçarpacaq dəyişiklik müşahidə edilir:
"Düzdür, Qurban bayramından sonra və yay aylarında ətə olan tələbatda nisbi azalma baş verir. Bunun səbəblərindən biri də Məhərrəm ayının başlamasıdır. Bu dövrdə bəzi ailələr toy və digər kütləvi mərasimləri təxirə salır ki, bu da öz növbəsində ət və ət məhsullarına olan tələbatın azalmasına təsir göstərir. Nəzərə almaq lazımdır ki, toy mərasimləri bazarda ət istehlakının mühüm hissəsini təşkil edir.
Buna baxmayaraq, tələbatın azalması qiymətlərin ciddi şəkildə aşağı düşəcəyinə zəmanət vermir. Hazırda daxili istehsal bazarın ehtiyaclarını tam qarşılamır və ölkə müəyyən dərəcədə idxaldan asılı vəziyyətdədir. İdxal olunan ətin həcmi artsa da, məhsulun keyfiyyəti ilə bağlı yaranan suallar və digər amillər bazarda təklifin sürətlə genişlənməsinə imkan vermir".
AQC sədri heaab edir ki, yaxın aylarda ətin qiymətlərinin əsasən sabit qalacağı gözlənilir:
"Müəyyən ucuzlaşma baş versə belə, bunun böyük ehtimalla məhdud xarakter daşıyacağı və təxminən hər kiloqram üzrə 50 qəpikdən 1 manata qədər dəyişə biləcəyi ehtimal olunur.
Hazırda bazar iştirakçıları da qiymətlərdə kəskin eniş gözləmirlər. Çünki təklif tərəfdə hələ də müəyyən məhdudiyyətlər mövcuddur və bazarda ət məhsullarının həcmi əhalinin tələbatını tam şəkildə ödəmir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramından FOTOREPORTAJ
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Bakı Bulvarında yeni festival başlayır













