Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 tona yaxın yük göndərilib
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2 vaqondan ibarət, çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 138 ton olan gübrə 1 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
*** 10:38
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu ölkəyə iki vaqon gübrə və iki vaqon buğda tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB
Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 557 ton tranzit yük göndərilib - YENİLƏNİB
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













