Bu ərazidə yeni məhkəmə binası TİKİİLƏCƏK
Şirvan şəhərində məhkəmə infrastrukturunun yenilənməsi istiqamətində yeni layihənin icrasına hazırlıq görülür.
Far.Az-in məlumatına görə, gələcəkdə Şirvan Məhkəmə Kompleksinin inşası planlaşdırılır və bunun üçün ilkin layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.
Layihə çərçivəsində kompleksin memarlıq-planlaşdırma həlləri, mühəndis-kommunikasiya sistemləri və tikinti xərclərinin hesablanması üzrə sənədlər hazırlanacaq. Hazırlanacaq sənədlər daha sonra aidiyyəti qurum olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyində təsdiqlənəcək.
İşlərin həyata keçirilməsi üçün təxminən 300 min manatlıq maliyyə dəyəri nəzərdə tutulur. Sənədləşmə mərhələsi başa çatdıqdan sonra kompleksin tikintisinə dair növbəti addımların atılması gözlənilir.
Yeni məhkəmə binasının məqsədi Şirvan şəhərində məhkəmə xidmətlərinin daha müasir və əlçatan şəraitdə həyata keçirilməsini təmin etməkdir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













