Qırğızıstanlı nazir: "Mərkəzi Asiyada "yaşıl elektrik enerjisi"nin ən böyük istehsalçılarındanıq"
Far.Az xəbər saytı

Qırğızıstanlı nazir: "Mərkəzi Asiyada "yaşıl elektrik enerjisi"nin ən böyük istehsalçılarındanıq"


Qırğızıstan elektrik enerjisi istehsalının təxminən 90 %-ni hidroenergetika hesabına təmin edir.

"Far.Az" xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, su resursları və hidroenergetika respublikanın energetika sektorunun əsası olaraq qalır: "Bununla yanaşı, Qırğızıstan regional enerji sistemi və elektrik enerjisi mübadiləsi çərçivəsində qonşu dövlətlərlə sıx qarşılıqlı əlaqəni qoruyub saxlayır".

Nazir qeyd edib ki, elektrik enerjisi çatışmazlığını aradan qaldırmaq üçün ölkə Qazaxıstan və Özbəkistanla əməkdaşlıq edir, eləcə də regiondakı tərəfdaşlarından lazımi dəstəyi alır: "Eyni zamanda, Mərkəzi Asiya dövlətləri su resurslarından səmərəli istifadə və enerji təhlükəsizliyi məsələləri üzərində birgə işləyirlər".

T.İbrayev həmçinin bildirib ki, ölkədə enerji infrastrukturunun modernləşdirilməsi üzrə layihələr həyata keçirilir: "Xüsusilə, 60 ildən çox əvvəl tikilmiş yarımstansiyalar və su elektrik stansiyaları (SES) yenilənir".

Onun sözlərinə görə, Qırğızıstanın 1 440 MVt gücündə olan ən böyük SES-in modernləşdirilməsi davam edir, bununla yanaşı respublika günəş və külək enerjisi sahəsində layihələri inkişaf etdirir.

Nazir vurğulayıb ki, hidroenergetikanın yüksək payı, həmçinin kiçik SES-lərin və digər bərpa olunan enerji mənbələrinin inkişafı sayəsində Qırğızıstan artıq bu gün regionda "yaşıl elektrik enerji"sinin ən böyük istehsalçılarından biridir: "Hesab edirəm ki, islahatlarımızı və elektrik enerjisi istehsalını bugünkü elektrik enerjisi təminatı üçün düzgün yanaşma sayırıq".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər