Gənc kamandan oxatanlar Azərbaycan çempionatında birinciliyə iddia edirlər
Far.Az xəbər saytı

Gənc kamandan oxatanlar Azərbaycan çempionatında birinciliyə iddia edirlər


Gənc kamandan oxatanlar Banu Məmmədova və Əli Məmmədov Azərbaycan çempionatında şanslarını yüksək dəyərləndiriblər.

"Report" xəbər verir ki, idmançılar bunu Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışın rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamalarında bildiriblər.

B.Məmmədova həmkarlarına uğurlar arzulayıb:

"Bu yarış özümüzü inkişaf etdirmək baxımından əhəmiyyət daşıyır. Azərbaycanı bu idman növündə tanıtmaq istəyirəm. Həmyaşıdlarıma, həmçinin özümə uğurlar arzulayıram. Öz şanslarımı da yüksək dəyərləndirirəm. Düşünürəm ki, yaxşı atan qazanacaq".

Ə.Məmmədov da birinciliyi hədəflədiyini söyləyib:

"Bir ildir bu idman növü ilə məşğul oluram. Şanslarım böyükdür, birinci yeri tutmaq istəyirəm. Özümə güvənirəm".

Qeyd edək ki, 49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə aparacağı Azərbaycan birinciliyinə iyunun 2-də yekun vurulacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər