Yerlan Akkenjenov: "Qazaxıstan qısa müddətdə BTC ilə tranzit həcmini artırmağa hazırdır"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Qazaxıstan neftinin tədarük həcmlərinin artırılması məqsədilə tarifin azaldılması məsələsi ilə bağlı danışıqlara başlamalıdır.
Far.Az xəbər verir ki, bu barədə "Report"a Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov 31-ci Bakı Enerji Forumunun kuluarlarında məlumat verib.
"Tərəflər arasında artıq Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş qüvvədədir, protokolla isə 2,2 milyon tona qədər həcm nəzərdə tutulub. Qazaxıstan tərəfi həcmlərin artırılmasına hazırdır, bunu olduqca qısa müddətdə həyata keçirməyə qadirdir. Lakin əsas məqam SOCAR-la "KazMunayQaz" arasında tarifin azaldılmasına dair danışıqlar aparılmasının vacibliyidir. Qazaxıstan həcmi çox qısa müddətdə artırmağa qadirdir. Nəqlin iqtisadi məqsədəuyğunluğu bizim üçün həlledici amildir", - Y.Akkenjenov bəyan edib.
Nazir neft-qaz-kimya klasterlərini fəal şəkildə inkişaf etdirən Qazaxıstanla Azərbaycan arasında birgə müəssisələrin və ya vahid satış zəncirlərin yaradılması üçün perspektivlərin olduğunu bildirib.
"Qazaxıstan üçün istənilən qarşılıqlı faydalı layihələr xüsusilə neft-qaz-kimya sektorunda həmişə dəstək tapacaq. Tarixən neft-qaz-kimyası xüsusi biznes istiqaməti olub və buna görə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi son dərəcə vacibdir. Hazırda bütün dünyada əhəmiyyətli istehsal gücləri istifadəyə verilir ki, bu da bazarın sabitliyi və həm qiymətəmələgəlmə sahəsində, həm də müxtəlif növ plastiklərin yeni markalarının yaradılmasında vahid yanaşmaların formalaşdırılması məsələlərini ön plana çıxarır. Qazaxıstan yeni təşəbbüslər üçün həmişə açıqdır", - o qeyd edib.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında enerji sistemlərinin sinxronlaşdırılması məsələsinə gəldikdə, o, hazırda Qazaxıstan və Azərbaycan arasında interkonnektorun olmadığını vurğulayıb.
"Məsələn, Qazaxıstan Rusiya, Qırğızıstan və Özbəkistanla enerji bağlantısına malikdir. Buna görə də fiziki infrastrukturun yaradılması əsas vəzifədir. "Yaşıl Enerji Kabeli" layihəsinə gəlincə, bu, prinsipcə, fərqli məsələdir və ilk növbədə, bərpa olunan mənbələrdən elektrik enerjisinin ixracı ilə bağlıdır. Bu kontekstdə ya enerji saxlama sistemləri hesabına, ya da hidroenergetika resursları vasitəsilə təmin oluna bilən balanslaşdırma mühüm əhəmiyyət kəsb edir. Qırğızıstan bu sxemdə balanslaşdırıcı provayderi kimi çıxış edə bilər - müvafiq güclərin artırılması sayəsində ölkə bunun üçün zəruri imkanlar əldə edəcək", - Y.Akkenjenov vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bakı Bulvarında yeni festival başlayır
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













