Rendi Koul: ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir
Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür dinamika azərbaycanlı tələbələrin və onların ailələrinin ABŞ təhsilinin dəyərini və ölkənin aparıcı ali təhsil müəssisələrinin təqdim etdiyi imkanları yaxşı anladıqlarını göstərir:
"Təhsildən sonra vətənə qayıdan azərbaycanlı tələbələr özləri ilə inkişaf etmiş analitik təfəkkür, tələb olunan peşəkar bacarıqlar gətirir. Onlar əvvəllər ABŞ-də təhsil almış 8 mindən çox azərbaycanlıdan ibarət icmanın bir hissəsinə çevrilirlər. Buna görə də ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir. Bundan əlavə, ABŞ kimi bir ölkədə yaşamaq təcrübəsinin özü də mühüm üstünlükdür".
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib













