Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
Far.Az xəbər saytı

Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı


Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.

BAKU.WS xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.

***09:58

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.

Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Bakı bulvarında Çay Festivalı keçirilir
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər