Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
Sosial media platformalarında daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal, inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, layihədə göstərildiyi kimi sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək:
"Hesab edirik ki, həmin siyahı tez-tez monitorinq edilməlidir. Texnologiya çox sürətlə inkişaf edir. Bir neçə aydan sonra hansı sualla qarşılaşacağımızı bilmirik. Bu səbəbdən daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bahar Muradova: Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













