İRİA: "Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq"
Far.Az xəbər saytı

İRİA: "Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq"


Azərbaycanda vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, ölkədə innovasiya ekosisteminin inkişafı məqsədilə vençur fondları, kraudfandinq və digər innovativ maliyyə alətləri üzrə yeni qanunvericilik paketinin hazırlanması yekunlaşmaq üzrədir: "Rəqəmsallaşma prosesi ilə paralel olaraq ölkədə innovativ düşüncənin və innovasiya ekosisteminin formalaşdırılması əsas hədəflərdən biridir. Bu istiqamətdə Mərkəzi Bank və digər aidiyyəti qurumlarla birlikdə geniş qanunvericilik paketi üzərində işimizi başa çatdırmaq üzrəyik. Yaxın zamanda vençur fondları, kraudfandinq, innovativ maliyyə alətləri, texnoparkların təqdim etdiyi güzəştlər və yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb edilməsinin sadələşdirilməsi ilə bağlı hüquqi baza formalaşdırılacaq".

F. Osmanov qeyd edib ki, qəbul olunacaq qanunvericilik paketi rəqəmsal iqtisadiyyatın və maliyyə sektorunun inkişafına əlavə təkan verəcək.

Oxşar xəbərlər

Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər