Milli Kibertəhlükəsizlik Agentliyi saxta "CAPTCHA" səhifələri ilə bağlı vətəndaşları xəbərdar edir
İstifadəçiləri aldadaraq onların kompüterlərində zərərli əmrlərin icra edilməsinə yönələn saxta "CAPTCHA" səhifələrinin yayıldığı aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Məlumata görə, bu, Agentliyin apardığı monitorinq zamanı aşkarlanıb. Belə ki, kibercinayətkarlar əvvəlcə legitim internet resurslarını ələ keçirərək həmin saytlar üzərində saxta "CAPTCHA" səhifələri yerləşdirirlər. İstifadəçilər sayta daxil olduqda təqdim edilən yoxlamanı həqiqi hesab edir və onlardan "robot olmadıqlarını təsdiqləmək" məqsədilə "Windows + R", "Ctrl + V" və "Enter" düymə kombinasiyalarının icrası tələb olunur. Nəticədə istifadəçinin cihazında zərərli əmr işə düşür və sistem komprometasiya oluna bilər.
Belə hallarda istifadəçi fərqinə varmadan zərərli kodu öz əli ilə işə salmış olur ki, bu da cihaza zərərli proqramın yüklənməsinə və fərdi məlumatların oğurlanmasına gətirib çıxarır.
Milli Kibertəhlükəsizlik Agentliyi bildirir ki, həqiqi "CAPTCHA" yoxlamaları heç vaxt istifadəçidən hər hansı əmrin icrasını, "Run" pəncərəsinin açılmasını və ya mətnin sistemə yapışdırılmasını tələb etmir.
Bununla əlaqədar vətəndaşlara "CAPTCHA" yoxlaması adı altında təqdim olunan əmrləri diqqətlə nəzərdən keçirmək, əməliyyat sistemini və antivirus proqramlarını mütəmadi yeniləmək, həmçinin naməlum mənbələrdən gələn keçid və yönləndirmələrə qarşı ehtiyatlı davranmaq tövsiyə edilir.
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları kibertəhlükələrə qarşı ayıq olmağa və şübhəli hallarla qarşılaşdıqda dərhal müvafiq qurumlara məlumat verməyə çağırır.
Oxşar xəbərlər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













