"Miniboss Biznes Məktəbi"nin direktoru: "Süni intellektin tədris prosesinə tətbiqi Azərbaycanda reallığa çevrilir"
Tədris prosesində istifadə olunan süni intellekt texnologiyaları şagirdlərin layihə təqdimatlarını daha səmərəli hala gətirir.
"Report" xəbər verir ki, bunu "Miniboss Biznes Məktəbi"nin direktoru Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib.
A.Xələfovanın fikrincə, süni intellektin tədris sisteminə inteqrasiyası artıq labüd bir mərhələdir - bu tendensiya həm Azərbaycanda, həm də beynəlxalq miqyasda gerçəkliyə çevrilib: "Hesab edirəm ki, süni intellektin konstruktiv şəkildə tətbiqi uşaqların bilik və bacarıq səviyyəsinin artırılmasına əhəmiyyətli dəstək verir. Hətta vurğulamaq yerinə düşər ki, bəzən şagirdlər süni intellekt alətlərindən və müxtəlif proqram vasitələrindən yararlanmaq baxımından müəllimləri qabaqlayırlar. Onlar qlobal tendensiyalarla daha yaxından tanışdırlar.
Müəllim heyəti isə ümumilikdə klassik tədris metodlarına söykənir. Ancaq əgər tədris prosesi buna şərait yaradırsa və bu yanaşma təhsilə əngəl törətmirsə, süni intellektin tətbiqi faydalı nəticələr verə bilər".
O hesab edir ki, nümunə olaraq, hələ hazır məhsulu olmayan bir layihənin videoçarxının süni intellekt köməyi ilə hazırlanaraq investora nümayiş etdirilməsi olduqca effektiv üsuldur: "Çünki münsiflər bəzən "Bu məhsul əslində necə görünəcək?" sualına cavab axtarırlar. Belə hallarda vizual təqdimat ideyanın daha aydın qavranılmasına yardım edir və gənclərə uğur əldə etmək üçün əlavə fürsət yaradır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib













