Azərbaycan neft məhsullarının ixracından qazancını 3,5 dəfə artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 410 min 645,98 ton həcmində neft məhsulları ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 332 milyon 264,81 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 97,7 %, dəyəri isə 3,5 dəfə çoxdur.
Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,38 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.01.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













