“Equinor” III rübdə hasilatı 1 % azaldıb
Norveç neft-qaz şirkəti “Equinor ASA” 2024-cü ilin üçüncü rübündə qiymətlərin və hasilat həcmlərinin azalması səbəbindən xalis mənfəətini 8,6 % azaldıb.
“Far.Az”un şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2,501 milyard ABŞ dollarından 2,285 milyard ABŞ dollarınadək, yəni 8,6 % azalıb. Düzəliş edilmiş mənfəət 25 % azalaraq 2,191 milyard ABŞ dolları təşkil edib.
Əməliyyat mənfəəti 7 % azalaraq 6,905 milyard ABŞ dolları olub. Gəlirlər 2,2 % azalaraq 25,446 milyard ABŞ dolları təşkil edib.
Şirkətin hasilatı ötən rübdə 1 % azalaraq gündəlik 2,007 milyon barel neft ekvivalentindən 1,984 milyon barel neft ekvivalentinə düşüb. Karbohidrogenlərin orta satış qiyməti 8 % azalaraq bir barel üçün 74 ABŞ dolları olub.
Şirkətin kapital qoyuluşlarının bu il 2023-cü ildəki 14,5 milyard ABŞ dolları ilə müqayisədə təxminən 14 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Unibank" III rübün maliyyə nəticələrini açıqlayıb
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH
IEA 2024-2025-ci illərdə qlobal neft hasilatı ilə bağlı proqnozunu saxlayıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













