Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB


Rusiyanın Dneprə (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib.

"Rusiyanın Dneprə endirdiyi zərbə nəticəsində artıq 21 nəfər yaralanıb. Beş nəfərin vəziyyəti ağırdır - onlar 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir", - Qanja bildirib.

Daha əvvəl verilən məlumata görə, Rusiya qoşunları Dneprə ehtimal ki, ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində özəl müəssisəyə ziyan dəyib. Son məlumatlara görə, ölənlərin sayı (4 nəfər) dəyişməyib.

Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Dnepr Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.

Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Dnepr və Kiyevdə ölənlərin sayı artıb - YENİLƏNİB-3
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Dneprə endirilən zərbələr zamanı xəsarət alanların sayı 46 nəfərə çatıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər