"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı Belçika məhkəməsində iddia qaldırıb
Far.Az xəbər saytı

"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı Belçika məhkəməsində iddia qaldırıb


Avropa depozitarı "Euroclear" Rusiya məhkəməsinin dondurulmuş aktivlərlə bağlı qərarına etiraz etmək üçün Belçika məhkəməsində Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırır.

"Far.Az" xəbər verir ki, bu barədə "L`Echo" nəşri yazıb.

"Euroclear" Rusiya Mərkəzi Bankına qarşı iddia qaldırır. Maliyyə təşkilatı Belçikada Rusiyada ona qarşı çıxarılan məhkəmə qərarına etiraz etməyə imkan verəcək bir qərarın əldə olunacağına ümid edir", - məlumatda qeyd edilib.

Moskva Arbitraj Məhkəməsi mayın 15-də Mərkəzi Bankın "Euroclear"a qarşı ümumi məbləği təxminən 200 milyard avro olan zərəri ödənilməsinə dair iddianı təmin edib. Mayın sonunda məhkəmə Rusiya Mərkəzi Bankının müraciəti əsasında qərarı dərhal icraya yönəldib. Birinci instansiya məhkəməsi iyunun 2-də Rusiya Bankına bu qərarın icrası üçün icra vərəqəsi verib.

2022-ci ildə Avropa hakimiyyət orqanları tərəfindən dondurulmuş aktivlərin əsas həcmi – Mərkəzi Bankın qiymətləndirməsinə görə, təxminən 200 milyard avro – "Euroclear"da saxlanılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər