Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib
Far.Az xəbər saytı

Kəlbəcərdə 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti bərpa edilib


Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.

"Report" xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb.

Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.

Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir.

Oxşar xəbərlər

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər