İlham Əliyev: Azərbaycanın qaz ixracının böyük hissəsi Avropa İttifaqına gedir
Avropa İttifaqına üzv olan ölkələrdən 10-u Azərbaycandan təbii qaz alır və bu tədarüklərin genişləndirilməsi üçün potensial mövcuddur.
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, strateji enerji tərəfdaşlığı haqqında memorandumun imzalanmasından dörd il sonra Aİ ölkələrinə qaz ixracı təxminən 65% artıb:
"Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv ölkələrinə düşür və ümumilikdə Aİ-nin 10 ölkəsi Azərbaycan qazının alıcısıdır".
İlham Əliyev enerji təhlükəsizliyinin istənilən dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
"Azərbaycan neft və qazın nəqli üçün infrastrukturun inkişafına yönəlmiş tikinti üçün əhəmiyyətli siyasi, diplomatik və maliyyə resursları ayırıb. Cənub Qaz Dəhlizi birgə fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün uzunluğu 3 500 kilometr olan bu inteqrasiya olunmuş boru kəməri sistemi Azərbaycanın təbii qazının Avropaya tədarükü üçün əsas arteriya rolunu oynayır", - deyə prezident bildirib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













