"CNBC": Tramp 2025-ci ildə böhran zamanı texnologiya nəhənglərinin səhmlərini kütləvi şəkildə alıb
ABŞ Prezidenti Donald Tramp 2025-ci il ərzində öz administrasiyasının tarif siyasətinin səbəb olduğu kotirovkaların kəskin azalması dövründə aparıcı texnoloji korporasiyaların qiymətli kağızlarını alıb.
"Far.Az" xəbər verir ki, bu barədə yerli "CNBC" telekanalı məlumat yayıb.
Məlumata görə, adi günlərdə Ağ Evin rəhbəri gün ərzində səhm almaq üzrə orta hesabla təxminən 62 əməliyyat həyata keçirib, lakin ötən ilin 8 aprelində bu cür tranzaksiyaların sayı kəskin artaraq 327-yə çatıb. "CNBC" diqqətə çatdırıb ki, alıcılıq fəallığındakı bu sıçrayış yüksək gömrük tariflərinin tətbiqi üzrə genişmiqyaslı planın anons edilməsi ilə stimullaşdırılan dörd günlük kotirovka çöküşünün başa çatması ilə üst-üstə düşüb.
Trampın həmin gün qiymətli kağızlarını aldığı korporasiyaların siyahısına "Apple", "Alphabet", "Amazon", "Microsoft" və "Nvidia" daxil olub.
2025-ci ilin aprelində Amerika lideri 185 dövlət və ərazidən gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi barədə sərəncam verib. Sonradan prezident bir sıra ölkələrdən gələn idxal məhsulları üçün tarif dərəcələrinə dəfələrlə düzəlişlər edib. 20 fevral 2026-cı ildə ABŞ Ali Məhkəməsi qərara alıb ki, beynəlxalq fövqəladə hallar zamanı iqtisadi tədbirlər haqqında qanuna istinadən Trampın idxal rüsumları prezident səlahiyyətlərinin aşılmasıdır.
Daha əvvəl "The Washington Post" nəşri məlumat vermişdi ki, Trampın şəxsi sərvətinin 2025-ci il ərzində artması bütün Amerika rəhbərləri arasında misilsiz olub. Dövlət başçısının son maliyyə bəyannaməsinə əsasən, onun gəlirləri 2,2 milyard dollardan yuxarı həddə çatıb ki, bu da, əsasən, kriptovalyuta aktivlərinə və onlarla bağlı layihələrə qoyulan investisiyalar sayəsində mümkün olub.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













