Azərbaycanda bir sıra qanunlar "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb
Azərbaycanda bir sıra qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılması təsdiqlənib.
"Far.Az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Torpaq Məcəlləsinin, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılmasını nəzərdə tutan qanunu imzalayıb.
Sənədə əsasən, "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunun tətbiq dairəsinin məhdudlaşdırılması mümkündür.
"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













