Ukrayna Krımda dəmir yolu körpüsünə zərbə endirib
Ukraynanın Müdafiə Qüvvələri işğal altındakı Krımda Krasnoqvardeyskoye qəsəbəsi yaxınlığında Krasnoqvardeyski kanalı üzərindəki dəmir yolu körpüsünə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, körpüdən Rusiya qoşunları tərəfindən hərbi logistika, şəxsi heyətin, silahların, döyüş sursatlarının və maddi-texniki vasitələrin daşınması üçün istifadə olunub. Obyektə dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Ukraynalı hərbçilər, həmçinin Rusiya qoşunlarının hərbi potensialını təmin edən obyektlərə zərbə endirməyə davam etdiklərini bildiriblər. Rusiya tərəfi zərbə ilə bağlı məlumatı hələ ki şərh etməyib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Artyomovka bölgəsindəki radioelektron mübarizə stansiyasına, Sevastopoldakı radioelektron kəşfiyyat bölmələrinə, Donetsk vilayətinin Ukraynsk rayonundakı pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsinə və Zaporojye vilayətinin Novqorod bölgəsində Rusiya qoşunlarının komanda məntəqəsinə zərbə endirildiyini bildirib.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













