RMF: Macarıstan Ukrayna ilə danışıqlarda altıncı klasterin açılmasına razılıq verib
Far.Az xəbər saytı

RMF: Macarıstan Ukrayna ilə danışıqlarda altıncı klasterin açılmasına razılıq verib


Macarıstan Ukrayna və Moldovanın xarici əlaqələr sahəsində Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların altıncı klasterinin açılmasına razılıq verib.

"Far.Az" "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosu mənbələrə istinadən məlumat yayıb.

"Bu qərar Macarıstanın mövqeyinin qismən yumşalması deməkdir, lakin problemlərin sonu deyil. Budapeşt qalan klasterlər üzrə prosedurun başlanmasına hələ də razı deyil", - mənbələr qeyd edib.

Danışıqların altıncı klasteri ümumi xarici və təhlükəsizlik siyasətini, ticarət siyasətini, eləcə də üçüncü ölkələrlə münasibətləri əhatə edir.

Əgər prosedurun sonrakı mərhələləri plana uyğun keçərsə, danışıqların altıncı klasterinin rəsmi şəkildə açılışı iyulun 14-də baş tutmalıdır.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər