Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqı məğlub edib
Far.Az xəbər saytı

Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqı məğlub edib


Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millsi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.

"Far.Az"un məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB-3
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər