MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib
Onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır.
"Report" xəbər verir ki, bunu Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, qurumun Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına yeniliklərlə bağlı açıqlamasında bildirib.
O vurğulayıb ki, Şura tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib:
"Yeni qaydalara əsasən, onlayn media subyektlərinin qiymətləndirilməsində saytların oxunma göstəriciləri, sosial şəbəkələrdəki aktivliyi və texniki vəziyyəti də nəzərə alınacaq. Fərdi jurnalistlərin müsabiqələrində isə şəxsi sosial şəbəkə hesablarında yayımlanan materialların auditoriya ilə qarşılıqlı əlaqəsi qiymətləndiriləcək. Hesab edirəm ki, onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Çünki bu gün jurnalistika yalnız ənənəvi media platformaları ilə məhdudlaşmır. İnformasiya istehlakının böyük bir hissəsi sosial şəbəkələr üzərindən həyata keçirilir və media qurumlarının bu platformalarda təmsil olunmaları artıq zərurətə çevrilib".
H.Heydərli bildirib ki, bu qərar peşəkar jurnalistlərin sosial mediada daha da aktivləşməsinə stimul verəcək:
"Eyni zamanda, peşəkar media subyektlərinin sosial şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, onların daha geniş auditoriyaya çıxış imkanlarını artıracaq. Düşünürəm ki, bu yanaşma jurnalistləri yalnız xəbər hazırlamağa deyil, həm də hazırladıqları keyfiyyətli məzmunu müasir rəqəmsal platformalar vasitəsilə cəmiyyətə daha effektiv çatdırmağa təşviq edəcək".
O qeyd edib ki, digər mühüm məqam isə sosial media məkanında peşəkarlığın güclənməsidir. Peşəkar jurnalistlərin və etibarlı media qurumlarının sosial şəbəkələrdə fəallığının artması qeyri-peşəkar, qeyri-etik və məsuliyyətsiz informasiya yayımının təsirinin azalmasına, ictimaiyyətin daha etibarlı informasiya mənbələrinə yönəlməsinə şərait yarada bilər.
"Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət ənənəvi jurnalistikanın sosial media ilə əvəzlənməsindən deyil, peşəkar jurnalistikanın rəqəmsal mühitdə daha güclü mövqeyə sahib olmasından gedir. Müasir dövrdə keyfiyyətli jurnalistika auditoriyanın olduğu hər platformada təmsil olunmalıdır. Bu baxımdan, yeni qiymətləndirmə mexanizmini Azərbaycan mediasının rəqəmsal transformasiyası, rəqabət qabiliyyətinin artırılması və peşəkar jurnalistikanın sosial şəbəkələrdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addım hesab edirəm", - deyə komissiya sədri vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













