Rusiya Konstantinovkanı nəzarətə götürdüyünü bildirir, Ukrayna Baş Qərargahı təkzib edir
Far.Az xəbər saytı

Rusiya Konstantinovkanı nəzarətə götürdüyünü bildirir, Ukrayna Baş Qərargahı təkzib edir


Rusiya tərəfinin Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərinin "ələ keçirilməsi" barədə bəyanatı həqiqətə uyğun deyil, şəhər Müdafiə Qüvvələrinin nəzarəti altındadır.

"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib.

O bildirib ki, Konstantinovka yaşayış məntəqəsi Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir. Ukrayna hərbçiləri yaşayış məntəqəsi daxilində və ona yaxın yerlərdə müdafiə əməliyyatını davam etdirirlər.

Eyni zamanda, Rusiya Federasiyası Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə bildirib ki, Konstantinovka Donbasda Ukrayna Silahlı Qüvvələrinin əsas müdafiə xəttini təşkil edirdi və onun "alınması" Kramatorsk-Slavyansk aqlomerasiyasının açarıdır.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər