Zelenski Ukraynanın Sankt-Peterburq yaxınlığındakı neft terminalına və Kronştadta zərbələrini təsdiqləyib
Far.Az xəbər saytı

Zelenski Ukraynanın Sankt-Peterburq yaxınlığındakı neft terminalına və Kronştadta zərbələrini təsdiqləyib


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Sankt-Peterburq yaxınlığındakı liman neft infrastrukturuna, eləcə də Kronştadta (Rusiya) zərbələr endirdiyini təsdiqləyib.

"Far.Az"un məlumatına görə, bu barədə Zelenski öz teleqram kanalında bildirib.

"Bu gecə Ukraynanın Rusiyaya qarşı bu müharibəyə görə tətbiq etdiyi uzaqmənzilli zərbələri Sanq-Peterburq yaxınlığında işə düşüb. Ukrayna Müdafiə Qüvvələri Rusiya müharibəsi üçün gəlir təmin edən liman neft infrastrukturuna zərbə endirib, həmçinin mühüm hərbi hədəf olan Kronştadta da hədəflər vurulub. Ukraynanın dövlət sərhədindən məsafə 850 kilometrdən çoxdur", - o yazıb.

Daha əvvəl Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirmişdi.

Oxşar xəbərlər

Beqlov: Ukrayna PUA-larla Peterburqdakı neft terminalına zərbə endirib - YENİLƏNİB
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Bakıda anadan olan Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində öndədir
Sankt-Peterburq İqtisadi Forumu öncəsi Ukraynadan genişmiqyaslı PUA hücumu
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər