Fransada meşə yanğını 1 500 hektar ərazini əhatə edib
Far.Az xəbər saytı

Fransada meşə yanğını 1 500 hektar ərazini əhatə edib


Fransanın cənub-qərbindəki Şərqi Pireney departamentində baş verən böyük meşə yanğını artıq 1 500 hektar ərazini əhatə edib.

"Far.Az"un məlumatına görə, bu barədə departamentin prefekti Pyer Reno bildirib.

Onun sözlərinə görə, yanğın zolağının uzunluğu 18 kilometrdir. Yanğınla mübarizə üçün 700 yanğınsöndürmə, xilasetmə heyəti, təxminən 200 nəqliyyat vasitəsi, doqquz təyyarə və helikopter cəlb edilib.

Prefekt qeyd edib ki, təkcə bazar günü gecə yanğın Trivellaş kommunası yaxınlığında 900 hektardan çox əraziyə yayılıb.

Onun sözlərinə görə, güclü külək və əlçatmaz ərazi səbəbindən yanğının qarşısını almaq qeyri-mümkün olub.

Reno həmçinin xəbərdarlıq edib ki, hakimiyyət orqanları günün sonuna qədər çoxgünlük "Tur de Frans" velosiped yarışının bir mərhələsini ləğv etmək qərarına gələ bilərlər.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər