Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib
Far.Az xəbər saytı

Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib


Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında açıqlayıb.

O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib:

"16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb".

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Oxşar xəbərlər

Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob keçirilib
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb
Venesuelada zəlzələ səbəbindən ölənlərin sayı 2 mini ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər