Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
Far.Az xəbər saytı

Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər


Azərbaycanın deputatları Haaqa meri Yan van Zanenlə görüşüblər.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.

"Haaqa meri Yan van Zanenlə görüşmək həmişə böyük məmnuniyyətdir və mən ATƏT PA-nın İllik Sessiyası münasibətilə Haaqa Şəhər Meriyasında təşkil olunmuş ziyafət zamanı Azərbaycan parlament nümayəndə heyətinə göstərilən səmimi qəbula görə ona minnətdaram", - o bildirib.

Xatırladaq ki, Azərbaycanın deputatları Qaya Məmmədov, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasına qatılıblar.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər