Azərbaycanda yeni avtomobil zavodu tikiləcək
"Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır".
Far.Az xəbər verir ki, bu barədə "Report"a Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
Ümumi dəyəri 84.3 milyon ABŞ dolları olan bu layihəni "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri həyata keçirir.
"Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib", - o deyib və əlavə edib ki, yeni istehsal kompleksində, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.
X.Teşabayev qeyd edib ki, müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye əməkdaşlığının ən uğurlu nümunələrindən biridir: "2022-ci ildə "Chevrolet" avtomobillərinin və "Isuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Hazırda layihənin növbəti mərhələsinə - tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır. Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək".
Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə doqquz mindən çox avtomobil yığılıb.
Oxşar xəbərlər
Xurram Teşabayev: "Özbəkistan Azərbaycan vasitəsilə Avropaya 5 QVt-dək "yaşıl enerji" tədarük etməyə hazırdır" - MÜSAHİBƏ
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar













