Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib
Far.Az xəbər saytı

Avropa Parlamentində Serbiyaya ayrılan maliyyənin dayandırılmasına çağırış edilib


Avropa Parlamentinin (AP) Serbiya üzrə məruzəçisi Tonino Pikula Avropa Komissiyasını (AK) ölkənin Avropa İttifaqına inteqrasiya yolunda çox az irəliləyiş əldə etməsi səbəbindən Qərbi Balkanlar üçün Artım Planı çərçivəsində Belqrada ayrılan maliyyəni dayandırılmağı nəzərdən keçirməyə çağırıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, T. Pikula bu barədə AP-nin Serbiyadakı vəziyyət də daxil olmaqla, müxtəlif məsələləri müzakirə etdiyi iclasında çıxışı zamanı danışıb.

O vurğulayıb ki, Serbiyanın tərəqqisi ilə bağlı son hesabat ölkədəki real vəziyyəti əks etdirir və danışıqlar fəsillərinin bir çoxunda az və ya heç bir irəliləyiş qeydə alınmayıb.

"Hökumət Aİ-yə üzvlüyün strateji məqsəd olduğunu deyir, lakin faktlar bunu təsdiqləmir", – o bildirib.

Daha əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın qarşıdakı beş ildə Avropa İttifaqının tamhüquqlu üzvü olmayacağını qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər