Bolqarıstan və Macarıstan Ukraynaya artıq hərbi yardım göstərə bilməyəcəyini bəyan edib
Far.Az xəbər saytı

Bolqarıstan və Macarıstan Ukraynaya artıq hərbi yardım göstərə bilməyəcəyini bəyan edib


Bolqarıstan hərbi dəstək çərçivəsində Ukraynaya verə biləcəyi silah və təchizat komplektinə artıq malik deyil.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev Ankarada keçirilən NATO sammiti çərçivəsində bildirib.

"Biz hərbi dəstək göstərmək imkanlarımızı tükətmişik. Mən Bolqarıstan silahlı qüvvələrinin anbarlarındakı silah və təchizat komplektlərini nəzərdə tuturam. Biz 13 partiya tədarük etmişik, Ukraynaya verə biləcəyimiz başqa heç nəyimiz yoxdur", - o qeyd edib.

R.Radevin sözlərinə görə, ölkə yalnız avadanlıqların təmiri üzrə texniki yardım göstərməyə davam edə bilər.

Bənzər bəyanatla Macarıstanın Baş naziri Peter Madyar da çıxış edib. O, ölkəsinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarük etməyəcəyini bildirib və Ukraynanın öz ərazi bütövlüyünü qorumaq hüququna malik olduğunu qeyd edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər