Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Far.Az xəbər saytı

Azərbaycan və İordaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib


Azərbaycan və İordaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, həm təkbətək, həm də geniştərkibli görüş zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətləri müzakirə olunub:

"Müzakirələr zamanı qarşılıqlı münasibətlərə dair məmnunluq ifadə etdik, xüsusi olaraq iki dövlət başçısının sıx və səmimi təmaslarının bu münasibətlərin əsasını təşkil etməsi qeyd olundu. Hər iki ölkənin xarici siyasət idarələri arasında əlaqələr də yüksək səviyyədədir".

"Bu gün fürsətdən istifadə edərək iki mühüm saziş imzaladıq, yaxın zamanlarda müxtəlif sahələri əhatə edən müqavilələrin də imzalanmasının şahidi olacağıq".

Oxşar xəbərlər

İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər