Emin Əmrullayev: SABAH qrupları Azərbaycan ali təhsilində keyfiyyət standartına çevrilib
SABAH qrupları Azərbaycan ali təhsil sistemində brend və keyfiyyət standartına çevrilib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev "SABAH-ın Məzunu 2026" tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihənin başlamasından artıq on il keçib və SABAH qrupları inkişaf edərək Azərbaycan ali təhsilinin bu gününə çevrilib:
"Təhsilin də əsas mənası məhz insan yetişdirmək, həmin insanların öz ölkəsinə, öz vətəninə layiqli, dəyərli və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət etməkdir. SABAH qrupları ilə başlanan yolun isə bu illər ərzində müsbət mənada müxtəlif istiqamətlərdə inkişaf etdiyinə inanıram. Bu layihə təkcə özü ilə məhdudlaşmayıb, həm də onun ətrafında yaranan yeni təşəbbüslər vasitəsilə Azərbaycan ali təhsilinin keyfiyyətinə, o cümlədən ali məktəb məzunlarının hazırlıq səviyyəsinin yüksəlməsinə mühüm töhfə verib".
Nazir bildirib ki, bu proqram, eyni zamanda, Azərbaycan ali təhsilinin islahat tarixinin bir hissəsidir:
"İnanıram ki, növbəti illərdə bu təşəbbüs həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da genişlənəcək. Ali təhsildə formalaşdırmağa çalışdığımız keyfiyyət standartları gələcəkdə də həyata keçiriləcək islahatların əsas istiqamətlərindən biri olacaq. Eyni zamanda, bu proqram çərçivəsində bir mühüm məqamı da sübut etməyə çalışdıq. Ali təhsilin keyfiyyəti ilə ali təhsilə ayrılan maliyyə vəsaiti arasında çox ciddi əlaqə mövcuddur. Düşünürəm ki, SABAH proqramı bu əlaqənin ən uğurlu nümunələrindən biridir. Bildiyiniz kimi, dövlət maliyyələşdirməsi ilə yanaşı, SABAH təqaüdləri və digər maliyyə mexanizmləri də bu proqramın ayrılmaz hissəsidir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Türkiyənin məşhur brend markası "ATASAY" Azərbaycanda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq













