Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib.
"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 39 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
9 ayda Gürcüstan xarici ölkələrə 26,3 milyon ABŞ dolları dəyərində 7 min 98 ton qoyun və keçi satıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 30 % və 7,2 % çoxdur.
Hesabat dövründə Gürcüstan Səudiyyə Ərəbistanına 8,41 milyon ABŞ dolları dəyərində 1 min 782 ton, İraqa 4,32 milyon ABŞ dolları dəyərində 1 104 ton, Qətərə 2,22 milyon ABŞ dolları dəyərində 482 ton, Küveytə 2 milyon ABŞ dolları dəyərində 538 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstandan xaricə 8 min 458 ton qoyun və keçi göndərilib ki, bunun da 5 min 776 tonu Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













