"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atdıq"
Far.Az xəbər saytı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atdıq"


"Sabah" "Slaviya" ilə qarşılaşmada möhtəşəm nəticəyə imza atıb.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Biz oyuna təzyiqlə başladıq. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20-25 dəqiqə ərzində topa daha çox sahib olan tərəf idik. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində topa sahibolma nisbəti bərabərləşdi. "Slaviya" fiziki cəhətdən çox güclü komandadır. Bu cür klublara qarşı oynayarkən, onların müdafiədəki boşluqlarını tapmaq çətin olur. İkinci yarıda isə artıq boşluqları tapa bildik və bunun nəticəsində qol vurduq. Bəzi vaxtlarda bəxtimiz də gətirirdi. Öz şansımızı gözlədik və ikinci qolu vurduq. Çox sevinirəm ki, futbolçularım bütün tapşırıqları layiqincə yerinə yetirdilər. "Sabah" möhtəşəm nəticəyə imza atdı".

O, qarşıdakı oyunlar barədə söz açıb:

"Çalışacağıq ki, növbəti qarşılaşmalarda daha yaxşı futbol sərgiləyək. Gələcək oyunlarda stadionda daha çox azarkeş gözləyirəm. Digər görüşlər barədə proqnoz verə bilmərəm. Lakin sevindirici haldır ki, bu gün nəticə ürəyimizcə oldu. Bizi qarşıda "Qəbələ" ilə Premyer Liqa matçı gözləyir. Daha sonra Çempionlar Liqası qarşılaşmasına köklənəcəyik".

V.Dambrauskas görüşün gedişində Stiv Solvetin əvəzlənməsinin səbəbindən danışıb:

"Stiv Solvetin oyunun gedişində əvəzlənməsi sarı vərəqə alması ilə bağlı deyildi. Onun əvvəldən zədəsi var idi, sadəcə risk etməmək üçün Solveti əvəz etdik. "Sabah"ın həkimlərinə təşəkkür edirəm. O, sıralara daha gec dönməli olsa da, bu, erkən baş verdi. Sadəcə, futbolçunun zədəsi yenilənməsin deyə, meydandan çıxardıq. Stiv bu gün çox gözəl oynadı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Valdas Dambrauskas: "Sabah" "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atıb"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər