Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdərə rayonunun Heyvalı kəndinə köçürülən ailələr arasında sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Bildirilib ki, Komitədə keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Qeyd edilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.
Oxşar xəbərlər
Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













