"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Far.Az xəbər saytı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"


"Sabah" "Borussiya" ilə oyunu səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis komandada ab-havanın yüksək olduğunu söyləyib:

"Rəqib komandanın son iki oyunda qol vura bilməməsi bizim üçün xoş xəbər deyil. Çünki onlar bizimlə matçda fərqlənməyə köklənəcəklər. "Borussiya" Almaniyanın ən güclü klublarından biridir. Onlar topla çox yaxşı rəftar edirlər. Belə komandaya qarşı çıxış etmək çox çətindir. Rəqib komandanın futbolçuları çox sürətlidirlər. Bu görüşü səbirsizliklə gözləyirik".

O, sabahkı qarşılaşmada çox qol vurmaq istədiklərini bildirib:

"Təbii ki, istəyirik ki, rəqib qapısına yol tapaq və qol vuraq. Lakin bunun nə dərəcədə mümkün olacağını sabah biləcəyik. Sualı "Borussiya" komandasına vermək lazımdır. Görəsən, onlar bizə qol vurmağa imkan verəcəklərmi?".

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər