Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Far.Az xəbər saytı

Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb


Venesuelada neft hasilatı sutkada 1 milyon 252 min barelə çatıb ki, bu da son illərin ən yüksək göstəricisi olub.

"Report" Venesuelanın "Últimas Noticias" nəşrinə istinadən xəbər verir ki, bu barədə PDVSA dövlət neft-qaz şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Eduardo Pinto Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqesin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

"Bu gün biz günü 1 milyon 252 min barel göstərici ilə başa vururuq ki, bu da son ayların ən yüksək göstəricisidir", - şirkət nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hasilatın artması, xüsusən də ölkənin qərb regionunda neft istehsalının sutkada 382,5 min barelə qədər çoxalması ilə bağlıdır.

Pinto ayrıca olaraq Suliya ştatındakı "Petrozamora" birgə müəssisəsinin nəticələrini qeyd edib, burada gündəlik hasilat rekord həddə – 115 min barelə çatıb. İlin sonuna qədər bu göstəricinin 120 min barelə qədər artacağı gözlənilir.

Müşavirə zamanı həmçinin avqust ayında PDVSA ilə Amerikanın "North American Blue Energy Partners" şirkəti arasında imzalanmış 17 sazişin icrasına başlanılması da müsbət qiymətləndirilib.

Sazişlər Venesuelanın Marakaybo gölü hövzəsində və Orinokoda yerləşən strateji yataqlarında neft hasilatının bərpa edilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər