NATO Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını dəyişib
Far.Az xəbər saytı

NATO Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını dəyişib


NATO rəhbərliyi Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını patruldan döyüşə dəyişib.

"Far.Az"un məlumatına görə, bu barədə Litva Prezidenti Gitanas Nauseda BNS xəbər agentliyinə bildirib.

"Ankarada keçirilən NATO sammitinin əhəmiyyətli nəticələrindən biri alyansın hava polisi missiyasının hava hücumundan müdafiə missiyası kimi yenidən təsnif edilməsi qərarıdır", - o deyib.

Aviasiyaya malik olmayan Baltikyanı ölkələr üçün hava məkanına nəzarət onların alyansdakı müttəfiqləri tərəfindən təmin edilir. NATO qırıcı təyyarələri 2004-cü ildən Litvadakı Zoknyay aviabazasında yerləşdirilib. 2014-cü ilin aprelindən etibarən missiyanın ikinci hissəsi Estoniyadakı Emari aviabazasında yerləşir.

Hərbi format alyansın qırıcı təyyarələrinə döyüş əməliyyatlarında iştiraka və Litvanın müdafiə planlarına inteqrasiyaya imkan verəcək.

Oxşar xəbərlər

Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər