Samuxda dəhşətli qəza: Üç nəfər öldü
Samuxda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, VAZ-2107 və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü S.Əhmədov, 1987-ci il təvəllüdlü F.Əhmədova və 1962-ci il təvəllüdlü A.Alıyeva hadisə yerində həyatlarını itiriblər. Qəza zamanı daha iki nəfər ağır xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Xilasedicilər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Eyni zamanda, avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər yaralı da xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













