BMT baş katibi ABŞ və İran arasında diplomatik səylərə təhlükə barədə xəbərdarlıq edib
Far.Az xəbər saytı

BMT baş katibi ABŞ və İran arasında diplomatik səylərə təhlükə barədə xəbərdarlıq edib


BMT-nin baş katibi Antoniu Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatlığını bildirərək, sonrakı eskalasiyanın İranla ABŞ arasında diplomatik irəliləyişi poza biləcəyi barədə xəbərdarlıq edib.

"Far.Az"un BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin açıqlamasına istinadən verdiyi məlumata görə, Quterreş tammiqyaslı hərbi əməliyyatlara qayıtmağın region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Baş katib bütün tərəfləri maksimum təmkinlilik göstərməyə, gələcək eskalasiyadan çəkinməyə, danışıqları mümkün qədər tez bərpa etməyə və mövcud fikir ayrılıqlarının diplomatik yolla həllinə çağırıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər