Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq
Far.Az xəbər saytı

Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq


Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq.

"Far.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ümumilikdə, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi və inkişafı istiqamətində sistemin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir.

A.Əliyev qeyd edib ki, növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat vəsait ayrılması nəzərdə tutulur: "Bundan əlavə, aptek təşkilatlarında ambulator şəraitdə istifadə olunan dərman və vasitələrə görə sığorta ödənişi 50 % olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər