Rəşad Həsənov: Rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb
Far.Az xəbər saytı

Rəşad Həsənov: Rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb


Prezident İlham Əliyevin təsdiq etdiyi rəqəmsal inkişaf strategiyası əsasında 58 təşəbbüs üzrə icra işlərinə başlanılıb.

"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin vahid platformada inteqrasiyası həyata keçirilir:

"Bu, dövlət xidmətlərinin daha səmərəli və proaktiv şəkildə göstərilməsinə imkan verəcək. Bilirsiniz ki, dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə vətəndaşlar xidmətlərdən yalnız mətn deyil, səs vasitəsilə də istifadə edə, suallarını səsləndirərək cavab ala biləcəklər".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər