Düşənbə və Bakı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib
Far.Az xəbər saytı

Düşənbə və Bakı ikitərəfli münasibətlərin müsbət dinamikasını qeyd edib


Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib.

"Far.Az" Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.

Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər.

"Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb", - XİN-in məlumatında bildirilib.

Oxşar xəbərlər

Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib
Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər